Dr. Fuad Səmədov
Baş həkim, uzman həkim, kardioloq
2006-ci ildə Azərbaycan Tibb Universitetinindən məzun olmuş. 2008-2013-cü illər arasında Marmara Universiteti Xəstəxanasında kardiologiya ixtisası üzrə uzmanlıq təhsili almışdır. 2013-2018-ci illərdə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında kardioloq kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən Bakı Sağlamlıq Mərkəzində çalışır. 2022-ci ildən etibarən Endomed klinikasında ambulator kardioloji xidmətləri həyata keçirir.
Kardioloq olaraq əsas fəaliyyət istiqamətlər:
qapaq xəstəlikləri,
ağciyər hipertenziyası,
böyüklərdə anadangəlmə ürək qüsurları,
ürək çatışmazlığı,
miokard və perikard xəstəlikləri - kardiomiopatiyalar, sarkoidoz, amiloidoz, konstriktiv perikardit və s.
çətin nəzarət olunan təzyiq xəstəliyi,
irsi xolesterin mübadiləsi xəstəlikləri,
digər xəstəliklər (revmatoloji, böyrək çatışmazlığı, qan xəstəlikləri, onkoloji xəstəliklər vəs) zamanı baş verən ürək-damar xəstəlikləridir.
Bundan başqa exokardioqrafiyanın fərqli növlərinin:
stress exokardioqrafiya,
transezofagial exokardioqrafiya,
spcekle tracking echo və s. tətbiqi ilə ürək-damar xəstəliklərinin erkən və düzgün diaqnozu fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Aktiv klinik fəaliyyətlə birlikdə rezident həkimlərin təhsilində, həmçinin müxtəlif formatlarda təşkil olunmuş tədbirlərdə təlimçi kimi iştirak edir.
Azərbaycan Kardiologiya Cəmiyyətinin, Türk Kardiyoloji Derneğinin, həmçinin Avropa Kardiologiya Cəmiyyətinin və bir sıra işçi qruplarının üzvüdür. 2014-2021-ci illər arasında Azərbaycan Kardiologiya Cəmiyyətinin Exokardioqrafiya İşçi Qrupuna rəhbərlik edib.
“Vaxtında aşkarlanarsa və həyat tərzi dəyişiklikləri ilə birlikdə düzgün müalicə ilə bir çox ürək-damar xəstəliklərinə qalib gələ biləcəyimizə inanıram. Ürək-damar xəstəlikləri sahəsində xidmətimizin əsas devizi:
ətraflı müayinə,
erkən diaqnoz,
hərtərəfli müalicə,
məlumatlı pasient və
ömürlük nəzarətdir.”



Yeniliklərimizdən məlumatlı olun!
Elektron poçtunuzun ünvanını qeyd edin ki, maraqlı xəbərlər və endirimli aksiyalarımızdan faydalana biləsiniz.
Designed and development by 1info.az.
+994 12 310 83 50
+994 77 277 68 28
info@endomed.az
Feyzulla Qasımzadə 25, Nəsimi r-nu., Bakı şəh, Azərbaycan, AZ1007
endomed.az