NEVROLOJİ PAKET
Elektromiyografiya (EMG) ilə bağlı əsas məlumatlar:
Məqsədi: EMG testi, əzələ zəifliyi və atrofiyası, əzələ spazmları və ya digər əzələ xəstəliklərinin səbəblərini təyin etmək üçün aparılır. Həmçinin, sinir zədələnmələri və ya sinir ötürmə pozğunluqlarının müəyyənləşdirilməsində kömək edə bilər.
İcra edilmə üsulu: EMG testi elektrik cərəyan impulsları və iynə elektrodu vasitəsi ilə aparılır. Siniri stimulyasiya edərək elektrik impulsunun sinir boyunca keçiriciliyi yoxlanılır. Ikinci mərhələdə isə iynə elektrodu əzələlərə yerləşdirilir və əzələnin elektrik aktivliyi qeydə alınır. Aktivlik, əzələ istirahətdə olduğu zaman və əzələ gərginliyi zamanı ölçülür.
Klinik istifadəsi: EMG, sinir sıxılmaları, zədə və ya yaralanmaları, periferik sinir xəstəlikləri (məsələn, karpal tunnel sindromu, polineyropatiya), miyopatiyalar (əzələ xəstəlikləri), periferik motoneyronların xəstəlikləri (məsələn, ALS, SMA və s.) və digər nevroloji pozğunluqlarının diaqnostikasında və izləməsində istifadə olunur.
Metodun təhlükəsizliyi: EMG testi, ümumilikdə təhlükəsiz bir testdir. Ancaq, proses zamanı yüngül bir narahatlıq hissi ola bilər.
EMG testi əsasən nevroloq, fiziki tibb və rehabilitasiya, ortopediya və travmotalogiya sahələrində fəaliyyət göstərən həkimlər tərəfindən təyin edilir və qiymətləndirilir. Nəticələr, xəstənin klinik vəziyyəti və simptomları ilə birləşdirilərək qiymətləndirilir və diaqnoz prosesinə töhfə verir.
Akupunktura, ənənəvi Çin təbabətində yer alan bir müalicə yöntəmidir. Bu yöntəm əsasən hər növ təzyiq və enerji sirkulyasiyası ilə əlaqəli olaraq işləyir.
Akupunktura ilə bağlı əsas məlumatlar:
Məqsədi: Akupunktura, insan vücudundakı enerji bölgələrini aktivləşdirərək vəziyyət və sağlamlığı yaxşılaşdırmaq üçün istifadə olunur. Bu prosesdə, xüsusilə spesifik nöqtələrə iynə vurulur və ya nəfəs, təzyiq və digər qurğular istifadə olunur.
Nevrologiyada tətbiqi: Xroniki ağrılarda ( müxtəlif növ baş, onurğa, əzələ ağrıları), bir çox psixoloji durumlarda( depressiyalar, nevrotik və həyəcan pozuntuları), üz sinir iflicinin reablitasiyasında, tremr və digər nevroloji xəstəliklərdə.
Metodun təhlükəsizliyi: ümumilikdə təhlükəsiz bir müalicə üsuludur. Proses düzgün aparıldığı halda hec bir yan təsirinə rast gəlinmir.