CHECK-UP
NEVROLOGİYA
DİAQNOSTİKA
ENDOKRİNOLOGİYA
KARDİOLOGİYA
LABORATORİYA
GİNEKOLOGİYA
PULMONOLOGİYA
Endomed klinikasında həkim-kardioloqlar tərəfindən aşağıdakı ürək-damar xəstəliklərinin ambulator müalicəsi aparılır:
Klinikamızda ürək xəstəliklərinin funksional diaqnostikasının aşağıdakı metodları istifadə olunur:
Elektrokardioqrafiya (EKQ);
Exokardioqrafiya (EXO-KQ);
Arterial təzyiqin sutkalıq monitorinqı ( arterial hipertenziyanın səviyyəsini, həmçinin keçirilən terapiyanın effektivliyini qiymətləndirmək üçün imkan yaradır);
Sutkalıq holter monitorinqı;
Elektrokardioqrammalar (ürək aritmiyalarının analizi, ritm dəyişikliklərinin təsbiti; işemik epizodların 24 saat ərzində aşkar olunması, miokardın “lal” və ya ağrısız işemiyasının təsbit olunması);
Tredmil-test;
Magistral damarların ultrasəs skanı (qan axınını, damar məcrasının və damar divarlarının vəziyyətinin qiymətləndirilməsinə imkan yaradır).
Şəkərli diabetin istənilən növündən əziyyət çəkən xəstələrin müayinəsi və müalicəsi klinikamızın həkim-endokrinoloqların fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Terapevtik tədbirlər kompleksinə şəkər səviyyəsini aşağı salan medikamentlərin seçilməsi və pəhrizin tərtib edilməsi daxildir. Ehtiyac yarandıqda xəstənin insulin müalicəsinə keçirmə prosedurasında peşəkar yardım göstərilir.
Burada endokrinoloji profilli xəstələrin müayinəsi və müalicəsi üçün bütün imkanlar mövcuddur. Xəstənin səhhəti barədə təfərruatlı məlumatı əldə etmək üçün bir sıra laborator və instrumental müayinələr təyin edilə bilər (qan analizləri, həmçinin hormonlar, USM-si, EKQ, KT, rentgen və s.)
Klinikamızda həkim-nevroloqlar sinir sisteminin kəskin və xroniki xəstəliklərindən əziyyət çəkən pasientlər üçün müalicəvi-diaqnostik, profilaktik və reabilitasiya tədbirlərinin kompleksini həyata keçirirlər. Qeyd olunan tədbirlərin əsas məqsədi serebrovaskulyar xəstəliklər və onların nəticəsi olan ölüm hallarının azaldılması və fəsadlarının (BQDKP, ensefalopatiyalar, parezlər, ifliclər və s.) inkişafının qarşısının alınmasıdır.
Ağciyərin obstruktiv xəstəlikləri nəfəs vermə və ümumilikdə nəfəs alma prosesini mürəkkəbləşdirən hallar daxil edir. Ağciyərin obstruktiv xəstəliyinin əsas simptomu - daim əziyyət verən təngnəfəslikdir.
Ağciyərlərin restriktiv xəstəlikləri ağciyər həcminin azalması ilə nəticələnir. Restriktiv xəstəlikdən əziyyət çəkən şəxslərin ağciyərləri hava ilə tam təmin olunmur.
Klinikamızda diaqnostik məqsədlər ilə laborator müayinələrdən əlavə ağciyər funksiyası testi (spirometriya) keçirilir. Bu test vasitəsilə nəfəsdə alınan və verilən havanın həcmi ölçülür. Test ağciyərlərin obstruktiv və restriktiv xəstəliklərinin mövcudluğunu və inkişaf mərhələsini müəyyən edir. Diaqnostika üçün həmçinin rentgenoloji müayinə və döş qəfəsinin kompüter tomoqrafiyasından da istifadə olunur. Ehtiyac yarandıqda tənəffüs yollarının içəridən görüntüsünü təmin edən və müayinə üçün toxuma nümunələrinin götürülməsinə imkan yaradan bronxoskopiya müayinəsi keçirilir.
Cinsi yetkinlik dövründən başlayaraq klimakterik perioda qədər qadın orqanizminin fizioloji fəaliyyətinə məhz həkim-ginekoloq nəzarət edir.
Həkimlərimiz sitoloji müayinə (PAP-test) və VPÇ genotiplənməsi müayinələrini ehtiva edən uşaqlıq boynunun xərcənginin profilaktikasına xüsusi diqqət yetirir. Bizim klinikada PAP-test maye sitologiyası metodu ilə keçirilir.
Ginekologiyanın mamalıq ilə, yəni, dölün daşınması, doğuş və doğuşdan sonrakı dövrləri əhatə edən müddət üçün məsul olan, elm sahəsi ilə sıx bağlantısı vardır. Həkimlərimiz hamiləlik təqibində Sizə müvafiq yardımı göstərəcəklər.
Klinikamız faliyyətə başladığı gündən Laboratoriyamız aktiv işləyən şöbələrimizdə biridir. Bu gün dünyada mövcud olan ən unikal və qabaqcıl analizatorlarla ən keyfiyyətli reaktivlərlə təmin olunmuş laboratoriyamız, Mərkəzləşmiş Nəzarət Sisteminin hesabına dünya standartlarına uyğun fəaliyyət göstərir. Analiz nəticələri sistemə tam avtomat şəkildə inteqrasiya olunur və iş fəaliyyətinin keyfiyyətinə gündəlik kontrol və kalibrasiya standartları ilə nəzarət edilir.
Check-Up paket halında hazırlanmış laborator, instrumental və klinik müayinələrdən ibarətdir, insanın sağlamlığı haqqında tam və ətraflı məlumat toplamağa imkan verir. Check-Up paketləri hazırlanarkən yaş, cins, hər hansı sistemin xəstəliklərinə olan risk faktorları nəzərə alınır. Əsasən 40 yaşdan aşağı və yuxarı, ayrılıqda kişi və qadınlar üçün paketlər nəzərdə tutulur. Eyni zamanda müxtəlif terapevtik, onkoloji, kardioloji , bəzi irsi xəstəliklərə, virus hepatitlərinə, osteoparoza və s. xəstəliklərə riski nəzərə alaraq check-up paketi hazırlana bilər.
Check-Up paket halında hazırlanmış laborator, instrumental və klinik müayinələrdən ibarətdir, insanın sağlamlığı haqqında tam və ətraflı məlumat toplamağa imkan verir. Check-Up paketləri hazırlanarkən yaş, cins, hər hansı sistemin xəstəliklərinə olan risk faktorları nəzərə alınır. Əsasən 40 yaşdan aşağı və yuxarı, ayrılıqda kişi və qadınlar üçün paketlər nəzərdə tutulur. Eyni zamanda müxtəlif terapevtik, onkoloji, kardioloji , bəzi irsi xəstəliklərə, virus hepatitlərinə, osteoparoza və s. xəstəliklərə riski nəzərə alaraq check-up paketi hazırlana bilər.